• cümə axşamı, 25 aprel, 14:28
  • Baku Bakı 23°C

“Milan” amerikalıların nəzarətinə keçdi

11.07.18 14:20 732
“Milan” amerikalıların nəzarətinə keçdi
"Milan” ABŞ-ın investisiya korporasiyası "Elliott Management”in nəzarətinə keçib.
Kaspi.az xəbər verir ki, İtaliya nəhəngi borca görə belə duruma düşüb. "Milan”ın hazırkı sahibi, çinli iş adamı Li Yun Xun korporasiyaya olan borcunu vaxtında bağlaya bilməyib.
Onun "Elliott Management”ə 32 milyon avro borcu olub. "Milan”ı nəzarətinə götürən korporasiya, klubda maliyyə sabitliyini təmin etmək üçün 50 milyon avro ayırmaq niyyətindədir.
banner

Oxşar Xəbərlər