• çərşənbə, 24 Aprel, 00:37
  • Baku Bakı 14°C

“Milan” ağlını itirib - “Roma”nın prezidenti

28.07.17 14:10 1313
“Milan” ağlını itirib - “Roma”nın prezidenti
"Roma”nın prezidenti Ceyms Pallotta "Milan”ı kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, Pallottanı "Milan”ın transferlərə həddindən artıq vəsait xərcləməsi hiddətləndirib. O, bunu ağılsızlıq hesab etdiyini deyib:
"Milan”dan söz düşəndə, nə baş verdiyini heç cür anlamıram. Burda heç bir məntiq yoxdur. Birincisi, klubun yeni sahiblərinin "Milan”ı almaq üçün pulu yox idi. Onlar bunu reallaşdırmaq üçün mənim Londondakı tanışlarımdan 300 milyon avronu böyük faizlə götürüblər.
Onlar ağlasığmaz miqdarda vəsait xərcləyirlər. Amma bunun hesabı verilməlidir axı. Deyirlər ki, guya Çempionlar Liqasında düşmək üçün belə edirlər. Ordan gələcək gəlir bu xərcləri ödəməyəcək. "Milan”da demək olar ki, məvaciblər gəlirlərə bərabərdir. Bu, ağılsızlıqdı.
Ola bilsin ki, onların böyük planları var. Yəqin ki, bu planı gələcəkdə anlayacağıq. İndi isə mən heç nə başa düşmürəm”.
banner

Oxşar Xəbərlər