• cümə, 19 Aprel, 06:05
  • Baku Bakı 13°C

Mila meydan oxudu: “Bədən quruluşum göz qabağındadır”

11.07.13 15:20 3422
Mila meydan oxudu: “Bədən quruluşum göz qabağındadır”
Şou-beznesdə olan xanımlar və bəylər efirə çıxarkən çox gözəl görünmək üçün uzun hazırlıq prosesi keçirlər. Elə buna görədir ki, bir çox hallarda efirdən gördüyümüz müğənniləri küçədə görəndə tanımırıq. Efirə çıxarkən onların bəziləri öz imiclərini tamam dəyişirlər. “Qafqazinfo” həmin müğənnilərdən biri – Milanın efirə hazırlıq prosesini izləyib.
Mila deyir: “Mənim öz saç və makiyaj ustam var. Adı Aynurədir və mən yalnız ona öz gözəliyimi etibar edirəm”.
- Gözəlik salonuna tez-tezmi gedirsiz?

- Ehtiyac olanda gedirəm. Məsələn, hər hanıs bir məclisə gedəndən-gedənə və yaxud saçlarımın boyasının vaxtı gələndə usatamın yanına gəlirəm.
Bəs Mila salonda nə qədər vaxt keçirir? “Mən saloda çox vaxt keçirmək istəməsəm də bəzi halarda çox olur. 2 saat və ya 1 saat yarım”.
- Əsas məsələ... Pul çoxmu xərcləyirsiniz gözəlliyiz uğrunda?

- Mən düşünrəm ki, gözəlliyimə çox pul xərcləməyə elə də ehtiyacım yoxdur. Çünki, mənim özümü gözləyi var. Pis çıxmasın, mənim gözəliyim bədən qurluşum göz qabağındadır. Çox şişirdilmiş şəkildə gözəllyimə pul xərcləmirəm. Amma saç boyalarım həmişə bahalı və kefiyyətli olduğundan pulum salonda bir az çox çıxa bilər. Bizim şou-biznesdə elə ifaçılar var ki, adam baxanda qorxur. Onları ehtiyacı var gözəliklərinə çox pul xərcləməyə. Amma elələri də var ki, nə qədər pul xərcləsələr də gözəlləşmək əvəzinə daha da eybəcər görünürlər. O qədər makiyaj edirlər ki, lap klona oxşayırlar.
- Demək belə çıxır ki, siz özünüzü şou-biznesin ən gözəl qızı hesab edirsiniz?

- Əslində, mən özümə güvənən bir xanımam. Özümü gözəl hesab edirəm. Ətrafım da təsdiq edir ki, mən gözələm.
- Saçlarınızı tez-tez boyayırsız?

- Yox. Saçlarımın boyasını vaxtı gələndən-gələnə məcburən boya vurmalı oluram.
- Aldığınız boyaların keyfiyyət nişanına çox diqqət edirsinizmi?

- Əlbəttə edirəm. Çünki, bu saçlar üçün çox önəmlidir. İstifadə etdiyim firmaların boyaları var. Onlar saçlarıma çox yaxşı təsir bağışlayır.
- Siz də yuxudan qalxan kimi makyaj istifadə edən xanımlardansınız...

- Yox heç vaxt. Mən yalnız önəmli bir məclisə gedənəndə makyajdan istifadə edirəm.
Sonda:
Mila yalnız iki saç boyasına 100 AZN, makajına və saç düzümünə isə 50 AZN pul xərclədi. Dediyi kimi, salonda 2 saata yaxın vaxt keçirdi.
banner

Oxşar Xəbərlər