• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

Mikayıl Zeynalov: “İki ailə dağıntılar altında qalıb”

20.11.18 09:37 939
Mikayıl Zeynalov: “İki ailə dağıntılar altında qalıb”
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanıiki ailədağıntılar altında qalıb.
Bunu "Report”un Qərb bürosuna açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədriMikayıl Zeynalovdeyib.
O bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir: "Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinəyaşayış binasında uçqunolması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.
M.Zeynalov əlavə edib ki, uçqun zamanı4 mənzildə dağıntılarqeydə alınıb: "İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərinhəyatı üçün təhlükə yaranarsa, onlar datəxliyəedilərək başqa ərazilərə köçürüləcək”.
banner

Oxşar Xəbərlər