Mikayıl Cabbarovun yerinə yeni rəis
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni rəis təyin edilib. Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, qoruğun daha əvvəlki rəisi olan Mikayıl Cabbarov bir müddət əvvəl təhsil naziri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, qoruğun daha əvvəlki rəisi olan Mikayıl Cabbarov bir müddət əvvəl təhsil naziri vəzifəsinə təyin edilib.