• şənbə, 20 Aprel, 15:29
  • Baku Bakı 23°C

Mikayıl Cabbarov yeni əmr imzaladı

13.02.15 09:22 1282
Mikayıl Cabbarov yeni əmr imzaladı
Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları”nın və “Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığının təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı”nın təsdiq edilməsi haqqında qərarının icrasını təmin etmək məqsədi ilə əmr imzalayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, Fəaliyyət planının həyata keçirilməsi istiqamətində zəruri təşkilati-pedaqoji tədbirlər görsünlər, icra vəziyyəti barədə 2015-ci ilin may və noyabr aylarında nazirliyə yazılı hesabat təqdim etsinlər.
Əmrə əsasən, qərardan irəli gələn vəzifələrin həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilib.
banner

Oxşar Xəbərlər