• şənbə, 20 Aprel, 08:54
  • Baku Bakı 14°C

“Ümid” yarışı sona çatıb

14.04.14 10:43 1652
“Ümid” yarışı sona çatıb
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (AHEİNF) ötən şənbə “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə növbəti “Ümid” yarışı keçirib. AHEİNF-in mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub. Çempionatın nəticələrinə görə, oğlanlar arasında sürət üzrə final mərhələsində İnciyev Şamil (“FHN”) birinci, Xanlarov Atabəy (“FHN”) ikinci, Abdullayev Fuad (“Qafqaz”) üçüncü olublar. Qızlar arasında sürət üzrə final mərhələsində Novruzova Fidan (“Qərb Universiteti”) birinci, Musabəyli Azadə (“AMEAST”) ikinci, Altuxanova Lalə (“Salavat”) üçüncü olublar. Oğlanlar arasında bouldrinq üzrə final mərhələsində isə birinci yerə Abdullayev Fuad (“Qafqaz”), ikinci yerə Qədirli Qorxmaz (“AMA”), üçüncü yerə Pupov Anton (“Climclub”) sahibləniblər. Qızlar arasında bouldrinq üzrə final mərhələsində Musabəyli Azadə (“AMEAST”) birinci, Əliyeva Süsən (“Rock Stone”) ikinci, Novruzova Fidan (“Qərb Universiteti”) üçüncü olublar. Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” çempionatında komandalararası yarışında ümumi nəticələrə görə isə FHN “Ekstremal” idman komandası I, “AMEAST” komandası II, “Qərb Universiteti” komandası isə III yerə çıxıb.
banner

Oxşar Xəbərlər