• cümə, 29 Mart, 18:45
  • Baku Bakı 14°C

“Ümid edirik ki, danışıqlar prosesi intensivləşdiriləcək“

23.07.15 16:52 592
“Ümid edirik ki, danışıqlar prosesi intensivləşdiriləcək“
"Bu bizim regiona səfərimizin davamı və mən deyərdim yekunlaşmasıdır. Bir neçə gün əvvəl İrəvana səfər etmiş, orada Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşmüşdük. İrəvandakı görüşlərdə danışıqlar prosesindəki hazırkı vəziyyət, sərhəddə və təmas xəttindəki durumla bağlı məsələləri müzakirə etmişdik".
APA-nın məlumatına görə, bunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Bakıda deyib.
Diplomat Vyanada da görüşlər keçirdiklərini bildirib: "Biz Vyanda ATƏT-in Minsk qrupunun növbəti iclasını keçirdik, aparılan müzakilər haqqında həmkarlarımızı məlumatlandırdıq".
Bakıda Azərbaycan prezidenti ilə artıq görüşdüklərini qeyd edən vasitəçi bu görüşdə də danışıqlar prosesinin cari vəziyyətinə dair fikir mübadiləsi aparıldığını qeyd edib.
"Ümid edirik ki, danışıqlar prosesi intensivləşdiriləcək. Yenə görüşlər keçirəcəyimizi güman edirik. Görüşlərin nə vaxt baş tutacağı isə hələlik məlum deyil", - deyə o bildirib.
İ. Popov danışıqlar prosesinə hər zaman ehtiyatlı nikbinliklə yanaşdığını qeyd edib: "Ümid edirəm ki, biz irəliləyə biləcəyik. Qarşıda görüşlər var. Avqustda görüş olub-olmayacağını bilmirəm, çünki məzuniyyət dövrü başlayır. Biz sentyabrda görüşlər olacağına ümid edirik".
banner

Oxşar Xəbərlər