"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum olub - Fotolar
Lotereyada Kristal Abşerondan 1 ədəd
2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado,
Camry, Corolla), Bakı Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət
hədiyyələr olmaqla ümumilikdə 134 hədiyyə oynanıldı.
Spar və Araz Supermarketlər şəbəkəsi
tərəfindən öz müştəriləri üçün təşkil edilən "MÖHTƏŞƏM 100 GÜN" adlı
stimullaşdırıcılotereyasının qalibləri 30 iyun 2016-cı il tarixində məlum oldu.
Paytaxtın Alov Qüllələr kompleksində, Fairmont otelində baş tutan final mərhələ
hələ uzun müddət özünün möhtəşəmliyi ilə yaddaşlarda qalacaq.
Yüzlərlə müştərilər qalib olmaq
arzusu ilə Fairmont otelində toplaşmışdı. Lotereya kampaniyasının siması, sevilən
aktyor Fərda Xudaverdiyevin və İlahə Şıxlinskayanın aparıcılığı ilə tədbir musiqili
qonaqların iştirakı ilə davam etdi.
Lotereyada
tiraj komissiyasının şahidliyi ilə Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli
mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı
Electorincsdən müxtəlif növ məişət texnikalarından ibarət hədiyyələr olmaqla
ümumilikdə 134 hədiyyə oynanıldı.
İlk
öncə 5 ədəd soyuducu, ardınca 5 ədəd paltaryuyan, 5 ədəd telvizor, 10 ədəd planşet, 15 ədəd
telefon və 20 ədəd tozsoran öz sahibini tapdı.
Uduşlu
tirajda İlyasova İradə Ərşad qızı "Toyota Corolla”, Dadaşova Sevil Bilal qızı
"Toyota Camry”, Ömərov Azər Nüsrət oğlu "Toyota Prado” avtomobilini, Mikayılzadə
Aydan Firuz qızı "Kristal Abşeron” şirkətinin Xırdalandakı yaşayış kompleksindən
2 otaqlı mənzili qazandı.
Canlı yayımda əsas qaliblər ilə əlaqə
saxlanılaraq onlara Araz və Spar marketlərin stimullaşdırıcılotereyasının qalibləri
olduqları xəbəri verildi. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin
sevinclərinin həddi-hüdudu yox idi. "Toyota Corolla” və "Toyota Camry”
avtomobillərini qazanan xanımlar uduş mərasiminin keçirildiyi məkana gələrək
"AzRetail” MMC-yə öz təşəkkürlərini bildirdilər.
Hətta Fatmai kəndində yaşayan və 2 otaqlı mənzili
qazanan Aydan Mikayılzadə sevincindən ağlayırdı.
Əsas
hədiyyələrin qalibləri müəyyən edildikdən sonra 40 fen və 30 ütü də oynanıldı.
Oyunun
daha maraqlı və həyacanlı məqamlarından biri də tədbirdə işrirak edən müştərilər
tərəfindən lototronun özləri tərəfindən fırladılması və kuponların çıxarılması
idi.
Qeyd edək ki, lotereya oyununun
şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində
yerləşdirilən lotereya qutularının ağzı öncədən möhürlənərək xüsusi çəkiliş
qurupları ilə 30 iyun tarixində "Fairmont" oteldə komissiya
üzvlərinin iştirakı ilə lototrona boşaldılmışdı. "Möhtəşəm
100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər
şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş
edən müştəri bir ədəd kupon-lorereya qazanırdı.
Qaliblərin adları elan olunaraq Tiraj komissiyasına təhvil verildi. Eyni
zamanda qaliblərin siyahısı www.arazmarket.az saytında və Arazmarket və
Sparmarketin facebook səhifəsində yayımlanmışdır.