• cümə axşamı, 28 mart, 18:46
  • Baku Bakı 13°C

Möhsün Nağısoylu: "İlk növbədə ana dilini sevmək lazımdır"

06.10.17 14:10 1316
Möhsün Nağısoylu: "İlk növbədə ana dilini sevmək lazımdır"
"Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür. Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür”.
APA-nın məlumatına görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib. O bildirib ki, Dilçilik İnstitutuna ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiqi barədə layihə hazırlamaq tapşırılıb: "Hazırda bu istiqamətdə iş gedir. Ancaq ilk növbədə ana dilini sevmək lazımdır. Sevəndə bu cür yanlışlıqlar olmayacaq”.
Dilçilik İnstitutunun direktoru KİV əməkdaşları arasında ana dili ilə bağlı müsabiqə keçirilməsini təklif edib: "Bir zamanlar AzTV-də "Azərbaycan dili” verilişi vardı. Həmin verilişin bərpa edilməsinə ehtiyac var. Yeri gəlmişkən, hazırda Dilçilik İnstitutunda yeni orfoqrafiya və orfoepiya lüğəti də hazırlanır. Bu da bizim ümumi işimizə xeyirli olar”.
banner

Oxşar Xəbərlər