• cümə, 29 Mart, 01:50
  • Baku Bakı 7°C

MHP prezident seçkisində Ərdoğanı dəstəkləyəcək

08.01.18 14:30 616
MHP prezident seçkisində Ərdoğanı dəstəkləyəcək
"Prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləmək barədə qərar qəbul edəcəyik”. Bunu müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada keçirdiyi mətbuat konfransında deyib. Böyük Millət Məclisində təmsil olunan dörd partiyadan biri olan və 2002-dən indiyədək hakim Ədalət və İnkişaf Partiyasına qarşı müxalifət mövqeyindən çıxış edən D.Baxçalı bildirib ki, MHP prezidentliyə namizəd irəli sürməyəcək: "Konstitusiya islahatı ilə bağlı referendumda birlikdə hərəkət etdik. Bunun Türkiyənin xeyrinə olacağına inanırdım və nəticəsi də gözlədiyimiz kimi oldu. Prezident seçkisində də bir mövqedən çıxış etməyin Türkiyənin xeyrinə olacağını düşünürəm.

MHP-nin prezidentliyə namizədi yoxdur, partiyanın sədri namizəd olmayacaq. MHP parlament seçkilərində ya ittifaq halında, bu olmazsa, özü təkbaşına iştirak edəcək. Prezident seçkisində isə Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyi qərara alacağıq”. Qeyd edək ki, Türkiyədə prezident seçkisinin 2019-cu il noyabrın 3-də keçiriləcəyi gözlənilir.

banner

Oxşar Xəbərlər