• şənbə, 27 Aprel, 00:11
  • Baku Bakı 14°C

"MHP-nin prezidentliyə namizədi Ərdoğandır"

21.04.18 18:00 769
"MHP-nin prezidentliyə namizədi Ərdoğandır"
"Bu il iyunun 24-də Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində namizədimiz Rəcəb Tayyib Ərdoğandır".
"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, MHP-nin seçki strategiyası iki əsasa dayanır: "Birincisi, güclü parlamentin formalaşdırılması, ikincisi isə prezident seçkisinin eyni vaxtda baş tutmasıdır. Bu gün MHP-dən prezidentliyə namizədliyini irəli sürən yoxdur. Çünki yeganə namizədimiz Rəcəb Tayyib Ərdoğandır və onun qələbəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Digər tərəfdən də MHP olaraqTürkiyə Böyük Millət Məclisində təmsil olunmağa çalışacağıq".

banner

Oxşar Xəbərlər