• cümə axşamı, 25 aprel, 04:06
  • Baku Bakı 19°C

MHP koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib

14.07.15 18:33 1226
MHP koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib
Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib.
APA-nın xəbərinə görə, bu gün MHP lideri Dövlət Bağçalı ilə görüş keçirən baş nazir, AKP lideri Əhməd Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb: “Bağçalı bizə hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirdi”.
Qeyd edək ki, Ə. Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün MHP nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüş 1 saat 40 dəqiqə davam edib.
MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə növbəti danışıqlar keçiriləcək.
banner

Oxşar Xəbərlər