AZE | RUS | ENG |

Meyvə şirəsinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır

Meyvə şirəsinin qəbulu zamanı müəyyən şərtlərə əməl olunmalıdır
Meyvə şirələrinin qəbul edilməsi orqanizm üçün çox faydalıdır. Lakin onun qəbulu zamanı bir sıra vacib şərtlərə əməl edilməlidir.
Həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a dediyinə görə, immun sistemi aşağı olanlar C vitamini ilə zəngin olan portağal, limon və ya qreypfrut şirələri içə bilərlər, böyrək problemi olanların limonla cəfəri şirəsinin qarışığını qəbul etməsi məsləhətdir: "Zehni inkişafı geri olanlar və qurd xəstəliyindən əziyyət çəkən uşaqların kök şirəsindən istifadə etməsi çox faydalıdır, lakin meyvə şirələrinin qədərindən çox istifadə edilməsi yolverilməzdir. Gün ərzində meyvə şirələri maksimum 3 stəkan, tərəvəz şirələri isə daha az miqdarda qəbul edilməlidir”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056