• cümə, 29 Mart, 02:46
  • Baku Bakı 7°C

Məyus Ronaldo cığallıq etdi

21.02.19 12:22 1256
Məyus Ronaldo cığallıq etdi
"Yuventus” Çempionlar Liqasının 1/8 finalının ilk qarşılaşmasında "Atletiko”ya məğlub olub - 0:2.
Kaspi.az xəbər verir ki, oyundan sonra "Yuventus”un futbolçusu Ronaldonun əhvalı yerində olmayıb. O, jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
Portuqaliyalı futbolçu "Atletiko”nun ünvanına deyilən bir cümləlik atmaca ilə yadda qalıb: "Mənim Çempionlar Liqasında 5 qələbəm var, sizin isə sıfır”.
Onu da qeyd edək ki, Ronaldo meydanda olarkən də "Atletiko” azarkeşlərinə əli ilə "5” işarəsini göstərmişdi. "Yuventus”la "Atletiko” arasında cavab qarşılaşması martın 12-də İtaliyada keçiriləcək.
banner

Oxşar Xəbərlər