• cümə axşamı, 18 aprel, 23:33
  • Baku Bakı 21°C

Meyiti tapılan şəxsin neftçi olduğu rəsmən təsdiqlənib

20.02.17 15:00 872
Meyiti tapılan şəxsin neftçi olduğu rəsmən təsdiqlənib
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli MərkəzindəFövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi,Dövlət Sərhəd Xidməti,Dövlət Dəniz Administrasiyası, SOCAR və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan "APA-Economics"ə verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində dənizin "Pirsaat" burnu hissəsində sahildən 1 mil aralı məsafədə meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu olduğu rəsmən təsdiq edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
banner

Oxşar Xəbərlər