• çərşənbə axşamı, 23 aprel, 21:19
  • Baku Bakı 20°C

Meyiti tapılan şəxsi qətlə yetirənin kimliyi məlum olub

06.03.18 12:35 636
Meyiti tapılan şəxsi qətlə yetirənin kimliyi məlum olub
Cəlilabadda ötən gün öldürülən Musalı kənd sakini, 21 yaşlı Sirus İlham oğlu Nəsirovu öldürən şəxsin kimliyi məlum olub. APA-nın cənub bürosunun məlumatına görə, onu qətlə yetirən şəxsin həmkəndlisi, 1985-ci il təvəllüdlü Seymur İsfəndiyar oğlu Məmmədov olduğu açıqlanıb.
Həmin şəxs saxlanılıb.Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Qeyd edək ki, nişanlı olan Sirus Nəsirov martın 2-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti Ləkin kəndi ərazisində çobanlar tərəfindən tapılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər