Meydandan qovdu, geri qaytardı və yenə qovdu
Polşa
çempionatında keçirilən "Legiya” - "Krakoviya” qarşılaşmasında maraqlı hadisə
yaşanıb.
Kaspi.az xəbər
verir ki, qarşılaşmanın baş hakimi Petr Lasık oyunun 74-cü dəqiqəsində
"Legiya”nın müdafiəçisi Vilyam Remiyə ikinci sarı vərəqə göstərərək onu
meydandan qovub.
Bundan sonra isə
o, epizoda təkrar baxmaq üçün VAR sisteminə müraciət edib. Hakim epizodun təkrarına
baxdıqdan sonra futbolçunu geri çağırıb və sarı vərəqə ilə bağlı qərarını dəyişib.
Futbolçu oyuna
qoşulmaq istədikdə isə hakim ona birbaşa qırmızı vərəqə göstərərək meydan
qovub. O, bilərəkdən ağır qayda pozuntusuna yol verdiyi üçün cəzalanıb.
Qarşılaşma isə "Krakoviya”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.