Meydana girdi, onunla selfi çəkdirdi
Sankt-Peterburqda Rusiya ilə İspaniya arasında keçirilən yoxlama
görüşündə insident yaşanıb.
Kaspi.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində azarkeş
meydana daxil olub. Həmin vaxt futbolçulardan birinin zədələnməsinə görə,
oyunda fasilə yaranıb.
Bundan istifadə edən azarkeş meydana daxil olaraq İspaniyanın
müdafiəçisi Xerard Pikenin yanına qaçıb. O, müdafiəçi ilə selfi çəkdirməyə də
imkan tapıb.
Rusiya - İspaniya qarşılaşması 3:3 hesabı ilə başa çatıb.