• cümə axşamı, 02 may, 01:44
  • Baku Bakı 15°C

Mexikoda “VII Dost ölkələrin mədəniyyət yarmarkası”

21.05.15 11:27 1032
Mexikoda “VII Dost ölkələrin mədəniyyət yarmarkası”
Meksikanın paytaxtı Mexiko şəhərində “VII Dost ölkələrin mədəniyyət yarmarkası” (Feria de las Culturas Amigas) keçirilib. Mexiko şəhər rəhbərliyinin təşkilatçılığı ilə təşkil olunmuş yarmarkanın məqsədi, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər tərəfindən öz ölkələrinin mədəniyyətinin təbliği və tanıtdırılması, həmçinin Meksikada müxtəlif yerli və Avropa mənşəli mədəniyyətlərin birgə mövcudluğu və rəngarəngliyin dünya ictimaiyyətinə nümayiş etdirilməsidir. Mədəniyyət yarmarkasında, AR Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Meksikadakı Səfirliyi də təmsil olunur. Ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən “Kaspi”yə daxil olan məlumata görə, yarmarka Mexiko şəhərinin ən böyük meydanı, Tarixi Mərkəz olaraq adlandırılan “Zocalo” meydanında təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, yarmarkada 94 ölkənin və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Həmçinin bildirilib ki, tədbir günləri ərzində milyonlarla şəhər sakini və turistlər beynəlxalq sərgiləri ziyarət edəcək.
Tədbir zamanı Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, adət-ənənələri, Bakıda keçiriləcək Birinci Avropa Oyunları haqda məlumatlarla yanaşı, həmçinin ölkəmiz haqda məlumatlar və videoçarxlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə xəritələr nümayiş etdirilir və broşürlar paylanılıb. Həmçinin, müxtəlif növ Azərbaycan xalçaları, üzərində “Azərbaycan – Odlar diyarı” yazılmış köynəklər, idman geyimləri, qolbağılar və digər əşyalar, habelə müxtəlif milli yemək və şirniyyat növləri ziyarətçilərə təqdim edilib. Sözügedən yarmarkanı ziyarətə gəlmiş Mexiko şəhər sakinləri və çoxsaylı turistlər tərəfindən Azərbaycan üçün ayrılmış əraziyə böyük maraq göstərilib, Azərbaycan Səfirliyinin təqdim etdiyi sərgi ziyarətçilərin diqqət mərkəzində yer alıb.
Yarmarkanın ilk günü Ermənistan üçün ayrılmış ərazidə dırnaqarası "Böyük Ermənistan"ı əks etdirən xəritə yer almışdır. Azərbaycan Səfirliyinin səyləri nəticəsində xəritə təşkilatçılar tərəfindən götürülüb.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər