Mexikoda “Azərbaycanın təqdimatı” tədbiri keçirilib - Fotolar
Meksikanın paytaxtı Mexiko şəhərində yerləşən
"Naucalli” parkının mədəniyyət sarayında "İnstituto de Cultura y Parque
Naucalli”-nin təşkilatçılığı və AR Meksikadakı Səfirliyinin dəstəyi ilə "İpək
Yolu” (La Ruta De La Seda) adı altında
"Azərbaycanın təqdimatı” tədbiri keçirilib.
Təqdimatı giriş sözü ilə açan səfirliyin müvvəqəti
işlər vəkili Mehriban Səmədova bu kimi tədbirlərin müasir qloballaşma dövründə
planetin ayrı-ayrı hissələrində yerləşən iki ölkə və Amerika ilə Avrasiya kimi
iki nəhəng gitə arasında informasiya və fikir mübadiləsinin aparılmasında tərəflərin
bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün bir
körpü olduğunu auditoriyanın diqqətinə çatdıraraq, Azərbaycanın gənc bir
respublika olmasına baxmayaraq çox zəngin, qədim tarix və mədəniyyətə malik
olduğunu qeyd edərək ölkəmizin ictimai-cografi mövqeyi barədə ətraflı məlumat verib. "Azərbaycan
dini mənsubiyyət baxımından müsəlman olkəsi olmaqla yanaşı tarixən qərblə yaxın
əlaqələrə malik olmuş, bu da bizim mədəni irsimizdə Avropa və Asiyaya mənsub
olmuş adət və ənənələrin varisliyinin qorunub saxlanmasında öz əksini tapıb. Azərbaycanın
tarixən qədim ticarət yolları o cümlədən, "İpək Yolu” üzərində yerləşən bu ölkənin hazırki
geosiyasi durumda Avropa və Asiya qitələri
arasinda körpü kimi yenidən mühüm əhəmiyyət kəsb edib”. Səfirlikdən
"Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki, tamaşaçılara "Azərbaycan
haqqında” videoçarx nümayiş etdirilib. Vidoçarxda Azərbaycanın zəngin tarixi və
mədəniyyəti, xalqımızın ağır sınaqlara məruz qaldığı dövrlər, son dövrlərdə həyata
keçirilən iqtisadi islahatlar, ölkədəki mövcud dini dözümlülük və multukulturalizm
mühiti, bütün ölkələrlə beynəlxalq əməkdaşlıqa dair prinsiplərə sadiqlik, idman
və mədəniyyət sahəsində keçirilmiş beynəlxalq tədbirlər (Avroviziya mahnı
müsabiqəsi, I Avropa Oyunları, "Formula1” idman yarışı, müxtəlif musiqi
festivalları) ölkəmizin turizm imkanları barədə geniş məlumat yer alıb.
Sonra Mexikoda fəaliyyət göstərən Nour Said folklor
qrupu tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi
gözəl” poemasından və digər şərq xalqlarının repertuarından rəqslər ifa olunub.
Proqramın növbəti hissəsində tərkibi əsasən həmvətənlərimizdən
ibarət olan uzun illər Meksikada fəaliyyət göstərən simfonik orkestrin ifasında
Üzeyir Hacıbəyovun, Cövdət Quliyevin və Azərbaycanın digər bəstəkarlarının əsərlərindən
ibarət konsert verilib.
Sonda M.Səmədova Naucalli Parkının baş aşbazlarına
ispan dilində çap olunmuş "Azərbaycan milli mətbəx nümunələri” kitablarını təqdim
edib və Naucalli parkinin direktoru ilə birlikdə orkestr üzvlərinə təşəkkürünü
bildirib. Eyni zamanda, Naucalli parkının rəhbərliyi tərəfindən orkestrin üvlərinə
tamaşaçıların alqışları altında gül dəstələri və sertifikatlar təqdim edilib.
Konsert zalına girişdə Azərbaycana aid təşkil
olunmuş stenddə səfirliyin sərəncamında olan
tarixi eksponatlar, suvenirlər və Azərbaycan haqqında çap materialları o
cümlədən turizm imkanları barədə bukletlər, jurnallar, broşuralar nümayiş
etdirilib və qonaqlara ölkəmizin şirniyyat nümunələrindən, çay və qəhvədən ibarət
olan ziyafət verilib. Təqdimatla bağlı öz təəsüratlarını bölüşən tədbir
iştirakçılarının bir çoxu Azərbaycan adlı ölkə barədə seyr edib öyrəndiklərinin
onlar üçün böyük və gözlənilməz bir yenilik olduğunu bildirərək bu ölkəyə səyahət
etmək və ölkəmizlə daha yaxından tanış olmaq istəklərini izhar ediblər.