• cümə, 29 Mart, 18:47
  • Baku Bakı 14°C

Məvacibi azaldılır və qalır

08.10.20 16:21 780
Məvacibi azaldılır və qalır
Luka Modriç "Real”ı tərk etməyəcək.

Kaspi.az xəbər verir ki, "Kral klubu”nun rəhbərliyi xorvat futbolçu ilə yeni müqavilə bağlayacaq. Tərəflər arasında baş tutan danışıqlar kompromislə nəticələnib.
Modriç məvacibinin azaldılmasına razılıq verib. Buna görə də ona yeni müqavilə təklif olunacaq. Yeni müqavilənin müddəti barədə məlumat verilmir.

Böyük ehtimalla, Modriç karyerasını "kral klubu”nda başa vuracaq. Onun qüvvədə olan müqaviləsi 2021-ci ili n yayında başa çatır.
banner

Oxşar Xəbərlər