• cümə axşamı, 28 mart, 22:48
  • Baku Bakı 13°C

Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

22.05.19 18:04 413
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir
Gələn həftə - mayın 29-da Bakı UEFA Avropa Liqasının "Arsenal” və "Çelsi” komandaları arasında keçiriləcək final oyununa ev sahibliyi edəcək. Hesab edirəm ki, bu, möhtəşəmdir. Bu oyun Bakının necə gözəl şəhər, həmçinin yaşamaq üçün möhtəşəm bir məkan olduğunu bütün avropalılara və dünyaya nümayiş etdirmək baxımından çox gözəl bir imkandır. Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir.
AZƏRTACxəbər verir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə söyləyib.
"Təəssüf ki, "Arsenal” klubunun erməni əsilli oyunçusu Mxitaryan təhlükəsizlik məsələsini əsas gətirərək Bakıda keçiriləcək bu oyunda iştirak etməmək barədə qərar verib. Aydındır ki, bu, onun şəxsi seçimidir. Məncə, bu oyunda iştirak etməməsi onun futboldan qazanacağı puldan məhrum olmasına səbəb olacaq. Zənnimcə, bu, ağıllı seçim deyil. Onun Bakıda yarış zamanı futbol meydançasında özünün təhlükəsizliyi ilə bağlı narahat olması üçün heç bir səbəb görmürəm. Mən ermənilər tanıyıram ki, Azərbaycana rahat səfər ediblər. Amma bu, hər halda futbolçunun şəxsi qərarıdır. Ümid edirəm ki, bu, oyunun möhtəşəm keçməsinə, eləcə də xarici qonaqların Bakının gözəlliyindən həzz almalarına mane olmayacaq. Düşünürəm ki, həm bu oyunun, həm də Bakının gözəlliyinin nümayiş etdirilməsinin siyasətlə heç bir əlaqəsi yoxdur”, - deyə M.Brayzə vurğulayıb.
banner

Oxşar Xəbərlər