• şənbə, 20 Aprel, 14:55
  • Baku Bakı 23°C

Metyu Brayza: “ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq”

16.06.17 13:30 613
Metyu Brayza: “ABŞ və Rusiya razılaşmasa, Qarabağ məsələsi həll olunmayacaq”
"ABŞ və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə öz töhfələrini verməyincə, mən münaqişənin həllində irəliləyiş gözləmirəm”.
APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı sabiq səfiri,ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. O bildirib ki, ABŞ və Rusiya bu məsələni ikitərəfli əlaqələrin gündəliyinə daxil etməlidir: "İndi bu ölkələr arasında demək olar ki, əlaqə yoxdur. Həmsədrlər gələcək, həll yolları axtaracaq, danışıqlar aparacaqlar. Amma qeyd etdiyim məsələ olmasa, irəliləyiş olmayacaq”.
banner

Oxşar Xəbərlər