• cümə, 26 Aprel, 10:45
  • Baku Bakı 12°C

Metsamor AES Türkiyə, Azərbaycan və Gürcüstan üçün təhlükədir

22.06.13 09:49 1608
Metsamor AES Türkiyə, Azərbaycan və Gürcüstan üçün təhlükədir
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Sinan Oğan bildirib.
S.Oğanın sözlərinə görə, əvvəlki illərdə Türkiyə hökuməti AES-in bölgə üçün yarada biləcəyi təhlükələrə diqqət yetirməyib. Lakin son vaxtlar TBMM-də bu məsələ qaldırılandan sonra Xarici İşlər Nazirliyi hərəkətə keçib.
«Bu stansiya tək Türkiyənin böyük bir hissəsi üçün deyil, eyni zamanda Azərbaycan və Gürcüstan üçün də təhlükə yaradır. Biz bu məsələdə adıçəkilən hər iki dövlətlə birgə fəaliyyətimizi davam etdiririk», - deyə S.Oğan vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, artıq Metsamor AES-lə bağlı məsələyə beynəlxalq səviyyədə diqqət cəlb edilməsinə nail olunub. Türkiyə bir dövlət olaraq region üçün təhlükə yaradan bu stansiyanın fəaliyyətinin dayandırılması üçün lazım olan bütün addımları atmağa və dəstəyi verməyə hazırdır.
banner

Oxşar Xəbərlər