• cümə, 26 Aprel, 01:20
  • Baku Bakı 16°C

Metropolitenin bəzi işçilərinin maaşları artdı

18.07.14 17:37 1201
Metropolitenin bəzi işçilərinin maaşları artdı
“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb. Bu barədə APA-ya qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.
O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər