AZE | RUS | ENG |


Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb

Metronun “Avtovağzal” stansiyasının ətrafında yeni yol hissəsi salınıb
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində nəqliyyat vasitələrinin, ictimai nəqliyyatın və piyadaların rahat gediş- gəlişini təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirməkdə davam edir.

"Azəravtoyol" ASC-dən "Report"a verilən məlumata görə, bu tədbirlər sırasında metronun "Avtovağzal” stansiyasının digər giriş-çıxış hissəsinə rahat gediş-gəlişi təmin etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yaşıllıq səhəsindən istifadə etməklə yeni yol hissəsinin salınması da yer alır.

Yeni yol hissənin salınması metronun"Avtovağzal” stansiyasının üst hissəsində yerləşən meydançadan piyadaların, nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın rahat hərəkətinə imkan yaradacaq.

Yeni yol hissəsinin ümumi uzunluğu 44, eni isə 20 metr təşkil edir.

Görülən işlər çərçivəsində piyadaların təhlükəsiz hərəkəti nəzərə alınaraq uzunluğu 33, eni 3 metr olan piyadalar üçün səki də tikilib. Buna paralel olaraq piyadaların təhlükəsizliyi məqsədilə piyada keçidi salınıb.

Qeyd edək ki, görülən işlər "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001