• cümə, 29 Mart, 04:43
  • Baku Bakı 7°C

Metroda qatarların hərəkətində ləngimə baş verib - Yenilənib

19.01.18 20:43 598
Metroda qatarların hərəkətində ləngimə baş verib - Yenilənib
Bakı Metropolitenində tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib.

APA-nın məlumatına görə, metroda qatarların hərəkəti bərpa edilib.

-----------
19.37
Bakı Metropolitenində qatarların hərəkətindələngimə baş verib.Bakı Metropoliteninin mətbuat rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi xəbərə görə, ləngiməyə səbəbHəzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlıq olub.

Məlumata görə, qatarın sərnişinləri "28 May” stansiyasında boşaldılıb, qatar isə Nizami stansiyasından geri depoya göndərilib.

"Təəssüf ki, boş qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxarılması istiqamətində iş görülür”, - deyə N.Paşayev bildirib.


Bakı Metropoliteniyaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
banner

Oxşar Xəbərlər