• cümə axşamı, 18 aprel, 17:56
  • Baku Bakı 22°C

Metroda gedişhaqqının artacağı xəbərinə rəsmi münasibət

17.03.14 14:34 1105
Metroda gedişhaqqının artacağı xəbərinə rəsmi münasibət
“Bakı Metropolitenində qiymətlər 150 faiz artaraq 50 qəpik olacaq”. Milli.Az xəbər verir ki, bu barədə axar.az-a Bakı Metropoliteninin işçiləri məlumat veriblər.
Məlumatda deyilir ki, metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra Metropolitenin gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün bu addım atılıb. Qərarın yaxın günlədə cəmiyyətə açıqlanacağı bildirilir.
Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxlamağa çalışdıq. Telefonumuza cavab verən şəxs ilk əvvəl Tarif Şurası olduğunu bildirsə də, daha sonradan səhv düşdüyümüzü dedi. Bütün cəhdlərimizə baxmayaq, qurumla əlaqə saxlamaq mümkün olmadı.
Məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva axar.az-a açıqlama verdi. O bildirdi ki, bu barədə nəsə deyə bilməyəcək:
“Qiymət artımı ilə bağlı heç bir məlumat yoxdur, mənə heç kim məlumat verməyib”.
İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, metroda gedişhaqqının artacağı xəbərləri doğru deyil.
Onun sözlərinə görə, Tarif Şurasının gündəmində belə bir məsələ yoxdur.
banner

Oxşar Xəbərlər