• çərşənbə axşamı, 16 aprel, 13:10
  • Baku Bakı 19°C

Metro Park-da “Məskən” filmi pulsuz nümayiş olunub

23.04.14 13:11 1506
Metro Park-da “Məskən” filmi pulsuz nümayiş olunub
Park Cinema və Kempinski Badamdar Otelin Yer Gününə həsr olunmuş birgə keçirdiyi tədbirlər çərçivəsində 23 aprel tarixində “Məskən” filmi Park Cinema Metro Park-da ictimaiyyətin diqqətinə pulsuz olaraq təqdim edildi.
Park Cinema tədbirin sponsoru qismində çıxış edərək bu fəaliyyətini sosial məsuliyyətli layihələri dairəsinə əlavə edir. Qeyd edək ki, Yer günü ilə bağlı keçirilən tədbir BMT-nin Bakıdakı ofisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstək alıb.
“Məskən” filmi 2009-cu ildə Yann Arthus-Bertrandın çəkdiyi sənədli filmidir. Film əsasən yer kürəsində müxtəlif yerlərin aerofotoşəkillərindən ibarətdir. Film yer kürəsində sürən həyat tərzinin fərqliliyini göstərir və bəşəriyyətin planetin ekoloji balansını pozmaq təhlükəsi barədə bəhs edir. Filmin 5 il əvvəl çəkilməsinə baxmayaraq o, yenə də populyarlığını qoruyub saxlayır və dünyada bir çox ətraf mühitə aid kampaniyalarda nümayiş etdirilir.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hal-hazırda şəbəkə 3 kinoteatr, 13 zal və 2200-dən artıq oturacaq yerlə təmin edilib. Burada ölkədə ilk dəfə olaraq 3D və HFR formatları təqdim olunub. Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən - http://www.facebook.com/ParkCinema əldə etmək olar.
F.Əliyeva
banner

Oxşar Xəbərlər