• çərşənbə axşamı, 19 mart, 06:17
  • Baku Bakı 8°C

Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

22.01.18 12:10 783
Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib
Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib.
"APA-Economics"in məlumatına görə, bununla bağlı Azərbaycan prezidentiİlham Əliyevyanvarın 17-də müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-daVergilər Nazirliyində20 yanvarfaciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Xatırladaq ki, buna qədər M. Eynullayev təhsil nazirinin müavini vəzifəsini icra edib.
M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
M.Eynullayev "Azleks” beynəlxalq hüquq firmasında müşavir,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi,Nazirlər Kabinetiyanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan RespublikasıTəhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.
Prezidentİlham Əliyevin 2015-ci il 22 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
banner

Oxşar Xəbərlər