• cümə, 19 Aprel, 04:12
  • Baku Bakı 18°C

“Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” layihəsinin icrasına başlanır

03.06.16 18:12 900
“Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” layihəsinin icrasına başlanır
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihəsinin icrasına başlayıb. "Mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək” adlanan layihə çərçivəsində mətbuatda və sosial mediada milli-mənəvi dəyərlər və etik normaların təbliğ olunması istiqamətində müxtəlif video-çarxların hazırlanması və jurnalistlərin iştirakı ilə təlim sessiyasının keçirilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək mətbuatda və sosial mediada etik normaların təbliğinə dəstək olmaq, eləcə də jurnalistlər üçün təlim sessiyası təşkil edərək bu mövzuda ictimaiyyət arasında maarifləndirmə işinin təşkilinə yardımçı olmaqdır. AJŞ-dən "Kaspi”yə verilən məlumatda bildirilir ki, layihə çərçivəsində mövzuya aid qısa sosial video-çarxlar hazırlanacaq və ən çox oxucu kütləsi olan internet medialarında, eləcə də sosial media kanallarında paylaşılacaqdır. Layihənin mövzusuna aid təşəbbüslərin dəstəklənməsi üçün jurnalistlərin iştirakı ilə regionlardan birində təlim sessiyası təşkil olunması da nəzərdə tutulur.

Layihə barədə daha ətraflı məlumatı təşkilatın www.ajn.az İnternet ünvanına daxil olaraq əldə etmək mümkündür.

banner

Oxşar Xəbərlər