Mətbuat Şurasında Fikrət Mursaqulovun anım günü keçirilib
Azərbaycan Mətbuat Şurasında həyatdan vaxtsız
getmiş jurnalist-publisist, şair-ədəbiyyatşünas Fikrət Mursaqulovun xatirə günü
keçirilib. Həmin gün nakam şairin rus dilinə çevrilmiş «Təsəlli» («Uteşeniye»)
kitabı oxuculara təqdim olunub.
Mərasimi giriş sözü ilə
acan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov
açaraq gözdən əlil olsa da 34 illik ömründə özünü ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər ziyalı
kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən
danışıb.
Dilçi ədəbiyyatşünas
İlham Abbasov mərhum dostunun ömür yolu
və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib.
Avrasiya Beynəlxalq Mətbuat
Fondunun sədri, MŞ sədrinin müavini Umud
Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini vurğulayıb.
Xatirə günündə Fikrət
Mursaqulovun tələbə dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva,
Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları
xatirələrini söyləyiblər.
Fikrətin orta təhsil
aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin
sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ömür
yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər.
Xatırladaq ki, «Təsəlli»
kitabını rus dilinə Fikrət irsinin qoruyucusu şair-tərçüməçi Giya
Paçxataşvili çevirib. Nəşrin redaktoru
İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz
yazıb.