AZE | RUS | ENG |

Mətbuat Şurasında Fikrət Mursaqulovun anım günü keçirilib

Mətbuat Şurasında Fikrət Mursaqulovun anım günü keçirilib
Tədbirdə onun rus dilinə çevrilən «Təsəlli» kitabı da təqdim olunub

Azərbaycan Mətbuat Şurasında həyatdan vaxtsız getmiş jurnalist-publisist, şair-ədəbiyyatşünas Fikrət Mursaqulovun xatirə günü keçirilib. Həmin gün nakam şairin  rus dilinə çevrilmiş «Təsəlli» («Uteşeniye») kitabı oxuculara təqdim  olunub.

Mərasimi giriş sözü ilə acan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gözdən əlil olsa da 34 illik ömründə özünü  ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər  ziyalı  kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən danışıb.

Dilçi ədəbiyyatşünas İlham Abbasov mərhum  dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib.

Avrasiya Beynəlxalq Mətbuat Fondunun  sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini  vurğulayıb.

Xatirə günündə Fikrət Mursaqulovun tələbə dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları xatirələrini söyləyiblər.

Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ömür yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər.

Xatırladaq ki, «Təsəlli» kitabını rus dilinə Fikrət irsinin qoruyucusu şair-tərçüməçi Giya Paçxataşvili  çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz yazıb. 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892