AZE | RUS | ENG |

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, 11 aprel Prezident seçkiləri Azərbaycanın taleyində son dərəcə mühüm əhəmiyyət daşıyan hadisədir. Xalqımız bu prosesdə nəinki dövlət başçısını seçdi, eyni zamanda Vətənimizin daha da qüdrətlənməsinə aparan yolun davamına səs verdi. Azərbaycan jurnalistlərinin Prezident seçkilərinin nəticələrinə verdiyi qiymət məhz bundan ibarətdir.
 
"Möhtərəm cənab Prezident, Sizin Azərbaycana rəhbərliyiniz vətəndaş rifahının, ictimai asayişin və sabitliyin qorunması ilə yanaşı, ölkədə söz azadlığının dərinləşməsinə, plüralist fikrin sərbəst ifadə edilməsinə yönələn demokratik dəst-xəttin inkişafı baxımından mühüm şərtdir. Həyata keçirdiyiniz media siyasəti də buna söykənməklə kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının gücləndirilməsini, jurnalistlərimizin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını, ümumən jurnalistikanın dövlət idarəçiliyindəki funksiya və vəzifələrinin dolğun şəkildə vurğulanmasını nəzərdə tutur. Media təmsilçilərimiz bunu daim yüksək qiymətləndirir, Sizin onlara dost münasibətinizə böyük dəyər verirlər” kimi fikirlərin yer aldığı təbrik məktubunda həmçinin bildirilib ki, jurnalistlərin Prezidentlə dostluğu həm də bənzərsiz tərəfdaşlıq örnəyi, dövlətimiz və xalqımız naminə səmərəli işbirliyinin təkrarsız nümunəsidir: "11 aprel qələbəniz bu nümunənin cəmiyyətimizə gələcək faydaları üçün müstəsna təminatdır. Möhtərəm cənab Prezident, Prezident seçkilərində qalib olmağınız münasibəti ilə Sizi təbrik edir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187