• cümə, 29 Mart, 12:34
  • Baku Bakı 14°C

Mətbuat Şurası mitinqdə monitorinq aparıb

23.09.17 20:05 964
Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentyabrın 23-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

ŞuradanAPA-ya verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib.
banner

Oxşar Xəbərlər