• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Mətbuat “qovulacaq”, o isə “gücüm var” deyir

29.10.18 15:10 609
Mətbuat “qovulacaq”, o isə “gücüm var” deyir
"Real”ın baş məşqçisi Xulen Lopeteqi La Liqada "Barselona”ya 1:5 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, İspaniya mətbuatına danışan Lopeteqi, bütün məsuliyyəti öz üzərinə götürüb: "Çox məyusam. Ancaq qalıb, işimə davam etmək üçün gücüm var. Hələ mövsümün əvvəlidir, hər şey dəyişə bilər. Hazırda istədiklərimizi edə bilməyən futbolçular var. Amma komandada qalıb, daha yaxşı olmaq üçün gücüm olduğuna əminəm.
Futbolun necə bir oyun olduğunu bilirik. Baş məşqçi mənəm və bütün məsuliyyət mənimdir. Birlikdə qazanırıq, birlikdə məğlub oluruq. Bu gün üçün çox məyusam, ancaq bu mövsüm də "Real”ın titul qazanacağına inanıram”.
İspaniya mətbuatı, "Real”ın Lopeteqi ilə yolları ayıracağını iddia edir.
banner

Oxşar Xəbərlər