• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

Mətanət Məhərrəmova: Gəncədə cinayət törədən təxribatçıları lənətləyirik

11.07.18 11:34 299
Mətanət Məhərrəmova: Gəncədə cinayət törədən təxribatçıları lənətləyirik
"Mən Gəncədə doğulub ali məktəbi bitirib ailə qurmuşam. Gəncə mənim boya-başa çatdığım, bir vətəndaş kimi formalaşdığım, canımdan çox sevdiyim Vətənimin gözəl bir diyarıdır. Gəncəlilər dövlətini sevən vətənpərvər insanlardır. Bir gəncəli olaraq iyulun 10-da axşam saatlarında şəhərin baş meydanında törədilən cinayətin təşkilatçılarını və iştirakçılarını lənətləyirəm”.
Bu sözləriAZƏRTAC–ın müxbiri ilə söhbətində hazırda Sumqayıtda yaşayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəhər bölməsinin sədri Mətanət Məhərrəmova deyib.
M.Məhərrəmova bildirib ki, Gəncədə "etiraz aksiyası” adı altında törədilən bu cinayətin təşkilatçıları, iştirakçıları dövlətimizin dayaqlarını sarsıtmaq istəyən radikalların, xarici kəşfiyyat orqanlarının əlaltılarıdır. Baş verənlər çox kədərli hadisədir. Gəncəlilər arasında hörmət və nüfuz sahibi olan iki polis zabitini belə vandalların əli ilə itirmək qəzəb doğurur. Bütün sağlam düşüncəli, Vətənini sevən, Prezidentini dəstəkləyən, dövlətçiliyə sadıq vətəndaşlar təxribatçıları lənətləyirlər. Bu hadisəyə əsla laqeyd qalmaq olmaz. "Bizim Azərbaycanımızı Suriyaya döndərmək istəyənlərin arzuları gözündə qalacaq”, - deyən M.Məhərrəmova hamını Prezidentimizin ətrafında birləşərək Vətənimizin mənafeyini hər şeydən üstün tutmağa çağırıb.
banner

Oxşar Xəbərlər