• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

Metallurgiya sənayesində 14,2 faiz artım müşahidə olunub

24.05.18 10:45 636
Metallurgiya sənayesində 14,2 faiz artım müşahidə olunub
2018-ci ilin yanvar-aprel aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 274,0 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 2,2 dəfə, metallurgiya sənayesində isə 14,2 faiz artım müşahidə olunub.
Həmin dövrdə sahə üzrə 97,8 min ton (40,8 faiz çox) armatur, 6 005,4 ton (5,1 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 232,5 ton (42,2 faiz çox) alüminium çubuqlar, millər və profillər, 912,3 ton (9,7 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.
banner

Oxşar Xəbərlər