• cümə, 26 Aprel, 17:34
  • Baku Bakı 23°C

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin komitəsində qəbul olunub

21.06.18 14:00 546
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin komitəsində qəbul olunub
Milli Məclisin Əmək və Sosial siyasət komitəsininiclasında "Məşğulluq haqqında” qanun layihəsiüçüncü oxunuşda müzakirəyə çıxarılıb.
APA-nın xəbərinəgörə, layihə barədə Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Bildirilib ki, üçüncü oxunuşda qanun layihəsinə bəzi texniki düzəlişlər edilib. Layihədə qeyd olunurki, şəxsin məşğulluğuna dair məlumatlar məşğul şəxslərin reyestrinə daxil edilmədikdə qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı ilə məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq birgə nəzarət tədbirləri həyata keçirilir. O da bildirilir ki, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı yaradılır.
Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi "Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir. Qanun layihəsində məşğulluqla bağlı daha bir sıra müddəalar yer alıb.
Layihə üçüncü oxunuşda plenar iclasa tövsiyə olunub.
banner

Oxşar Xəbərlər