• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb - VİDEOTƏLİMAT

10.02.21 21:15 1102
“Məşğulluğa Dəstək Layihəsi” üzrə müraciətlərin qəbuluna başlanılıb - VİDEOTƏLİMAT
Dünya Bankının dəstəyi ilə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənKaspi.az-a verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.

İşsiz kimi qeydiyyatda olan şəhid ailəsinin üzvləri, müharibə əlilləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər bu layihədə iştirak etməklə Dünya Bankının dəstəyi ilə öz kiçik bizneslərini qura biləcəklər. Beş il ərzində ümumilikdə 22 min işsiz şəxsi əhatə edəcək "Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində bu il 6 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulmasına dəstək göstərilir:

Layihədə iştirak etmək üçün qeydiyyat onlayn qaydada www.e-sosial.az portalında, Məşğulluq Altsistemində "Məşğulluğa Dəstək Layihəsi” bölməsində, DMA vebsəhifəsində http://www.dma.gov.azvə ya Ərazi Məşğulluq Mərkəzləri və DOST mərkəzlərinə də müraciət edərək qeydiyyatdan keçmək olar.

Layihəyə müraciət qaydası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanmışdır.
Əlavə məlumat almaq üçün: 142 - Çağrı mərkəzi.


banner

Oxşar Xəbərlər