• cümə axşamı, 25 aprel, 19:12
  • Baku Bakı 21°C

Məsul şəxsin xanımını amansızlıqla öldürən qandallandı

16.08.13 15:45 1210
Məsul şəxsin xanımını amansızlıqla öldürən qandallandı
Abşeron rayonunda Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı Elmira Dadaşovanın qatili tutulub. Rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, hələlik qətllə bağlı bir nəfər saxlanılıb. Qətlin tamah maqsədilə törədildiyi məlum olub. Hələlik tutulan şəxsin kim olduğu açıqlanmır.
Qeyd edək ki, avqustun 14-də saat 11 radələrində Aqil Dadaşovun həyat yoldaşı Elmira Xəlilqızı yaşadığı Hökməli qəsəbəsindəki evində 15 bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Onu da əlavə edək ki, A.Dadaşov “Ülfət” qəzetinin baş redaktoru, E.Dadaşova isə Prezident Yanında Ali İdarəçilik Akademiyasında elmi işçi olub.
banner

Oxşar Xəbərlər