Messiyə qarşı sərt oynayıb, atası üstünə qışqırıb
PSJ-nin
futbolçusu Tyaqo Motta "Barselona”lı günlərindən danışıb.
Kaspi.az xəbər
verir ki, Motta "Barsa”nın məşqində daim gərginlik olduğunu deyib. O, Messinin
atasının onun üstünə qışqırmasını da xatırlayıb:
"Bir dəfə məşqdə
Messiyə qarşı sərt oynadım. Onun atası dərhal mənim üstümə qışqırdı. O hesab
edirdi ki, mən həddindən artıq sərt oynamışam. Ancaq onu saxlamağın başqa yolu
da yox idi axı.
"Barselona”nın məşqi
sanki müharibəni xatırladırdı. Top məndə olanda hər kəs qışqırırdı ki, ona
ötürmə edib. Toqquşmalar həmişə sərt olurdu.
Karlos Puyol da
mənə dedi ki, belə etmək lazımdı. Ondan sonra hamı mənə daha çox hörmət etməyə
başladı”.
Motta
"Barselona”da 1999-2007-ci illərdə çıxış edib. O, mövsümün sonunda karyerasını
bitirəcəyini bildirib.