• şənbə, 20 Aprel, 04:55
  • Baku Bakı 15°C

Messiyə qarşı sərt oynayıb, atası üstünə qışqırıb

10.05.18 12:15 646
Messiyə qarşı sərt oynayıb, atası üstünə qışqırıb
PSJ-nin futbolçusu Tyaqo Motta "Barselona”lı günlərindən danışıb.
Kaspi.az xəbər verir ki, Motta "Barsa”nın məşqində daim gərginlik olduğunu deyib. O, Messinin atasının onun üstünə qışqırmasını da xatırlayıb:
"Bir dəfə məşqdə Messiyə qarşı sərt oynadım. Onun atası dərhal mənim üstümə qışqırdı. O hesab edirdi ki, mən həddindən artıq sərt oynamışam. Ancaq onu saxlamağın başqa yolu da yox idi axı.
"Barselona”nın məşqi sanki müharibəni xatırladırdı. Top məndə olanda hər kəs qışqırırdı ki, ona ötürmə edib. Toqquşmalar həmişə sərt olurdu.
Karlos Puyol da mənə dedi ki, belə etmək lazımdı. Ondan sonra hamı mənə daha çox hörmət etməyə başladı”.
Motta "Barselona”da 1999-2007-ci illərdə çıxış edib. O, mövsümün sonunda karyerasını bitirəcəyini bildirib.
banner

Oxşar Xəbərlər