• cümə, 29 Mart, 14:13
  • Baku Bakı 14°C

Messiyə pul veriblər, yoxlama oyununda meydana çıxması üçün

17.11.17 11:50 1801
Messiyə pul veriblər, yoxlama oyununda meydana çıxması üçün
İdman marketinq kompaniyası "Torneos y Competencias”ın sabiq rəhbəri Alexandro Bursako Nyu-Yorkda keçirilən məhkəmə zamanı diqqətçəkən açıqlama verib.
Kaspi.az xəbər verir ki, Bursako korrupsiyada ittiham olunaraq, həbs edilib. O, ifadəsində bildirib ki, Lionel Messiyə və bir neçə başqa futbolçuya yoxlama oyununda meydana çıxmaq üçün pul verib.
O, Messiyə və Argentina yığmasının adları açıqlanmayan daha bir neçə futbolçusuna 200 min dollar verdiyini etiraf edib. Bursako 2015-ci ilin noyabrında dələduzluq etdiyini, çirkli vəsaitin yuyulması ilə məşğul olduğunu boynuna alıb. O, FİFA-dakı korrupsiya əməliyyatı ilə bağlı ittiham olunan 42 funksionerdən biridir.
banner

Oxşar Xəbərlər