• cümə, 19 Aprel, 10:25
  • Baku Bakı 13°C

Messiyə deyiblər ki, klubun adamı ola bilərsən

02.10.18 12:15 552
Messiyə deyiblər ki, klubun adamı ola bilərsən
"Barselona”nın prezidenti Jozep Bartomeu Messsinin klubdakı gələcəyi barədə danışıb.
Kaspi.az xəbər verir ki, Bartomeu Messinin "Barselona”dan getmək istəmədiyini deyib. O, argentinalı futbolçunun müqaviləsi başa çatandan sonra da "Barsa”da qalacağını deyib:
"Mənə elə gəlir ki, Messi 2021-ci ildən – müqaviləsi başa çatandan sonra da bizimlə qalacaq. O, getmək istəmir. Biz həmişə Messiyə demişik ki, klubun adamı ola bilər. Bu həm də onun layihəsidir.
Ən yaxşı futbolçularımızı satmaq bizim planımıza daxil deyil. Ancaq heyətə yeni istedadlar da cəlb edirik. "Barselona” bizimlə daha da uğurlu olacaq, azarkeşlərə sevinc bəxş edəcək. Biz məhz bunun üçün çalışırıq”.
banner

Oxşar Xəbərlər