• şənbə, 20 Aprel, 00:36
  • Baku Bakı 15°C

Messinin restoranı kasıbları havayı yedirdir

10.07.19 12:30 679
Messinin restoranı kasıbları havayı yedirdir
"Barselona”nın futbolçusu Lionel Messi daha bir xeyriyyə aksiyası ilə gündəmə gəlib.
Kaspi.az xəbər verir ki, xeyriyyə aksiyası Messinin restoranında keçirilir. Restoran Leonun vətəni Rosarioda yerləşir.
Restoranda ehtiyacı olana bütün kasıblara şam yeməyi havayı verilir. Aksiya ilə bağl verilən açıqlamada deyilir:
"Biz hətta havayı kofe, spirtsiz içkilər də veririk. Bəzilərini isə şərab da qonaq edirik. Bura xeyli insan gəlib və məmnun olublar”.
Restoranın meneceri bildirib ki, aksiya 15 gün davam edəcək. Pulsuz şam yeməyi əldə etmək istəyənlər saat 19:00-dan 21:00-a qədər restorana gəlməlidirlər.
banner

Oxşar Xəbərlər