Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da
2018/19-cu illər
mövsümünün hazırlıqlarını davam etdirən "Qarabağ” transfer fəaliyyətini də davam etdirir.
Kaspi.az xəbər
verir ki, "köhlən atlar” İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonla
iki illik müqavilə bağlayıb. "Qarabağ”ın Avstriyada davam edən təlim-məşq
toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə
qol çəkib.
Yeni transfer
karyerasına 2009-cu ildə ölkəsinin "Fram” klubunda başlayıb. Qolkiper daha
sonra "KR" (İslandiya), "Brann" (Norveç),
"Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç)
klublarında forma geyinib. O, son olaraq Danimarkanın "Randers” klubunda çıxış
edib və bu klubda 69 matçda meydana çıxıb.
Hannes 2012-ci
ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-cı
ildə Avropa çempionatının final mərhələsində çıxış edib. Burda da İslandiyanın
oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.
Halldorsson
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası
DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində
hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə
düşüb.