• şənbə, 20 Aprel, 06:36
  • Baku Bakı 14°C

Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da

04.07.18 12:50 569
Messinin penaltisini qaytaran qapıçı “Qarabağ”da
2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən "Qarabağ” transfer fəaliyyətini də davam etdirir.
Kaspi.az xəbər verir ki, "köhlən atlar” İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonla iki illik müqavilə bağlayıb. "Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkib.
Yeni transfer karyerasına 2009-cu ildə ölkəsinin "Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. O, son olaraq Danimarkanın "Randers” klubunda çıxış edib və bu klubda 69 matçda meydana çıxıb.
Hannes 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-cı ildə Avropa çempionatının final mərhələsində çıxış edib. Burda da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub.
Halldorsson DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb.
banner

Oxşar Xəbərlər