Messinin heykəlini yenə də dağıtdılar - Foto
Lionel Messinin Buenos-Ayresdə qoyulan heykəli dağıdılıb.
Kaspi.az xəbər verir ki, vandallar dekabrın 3-də heykəlin aşağı
hissəsini dağıdıblar. Hələ ki, hadisəni törədənlərin kimliyi bəlli deyil. Polis
araşdırma aparır.
Bu, Messinin heykəlinə olan 2-ci hücumdur. Bu ilin yanvarında da
vandallar heykəli dağıtmışdılar. Heykəl sonradan bərpa olunmuşdu.